Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİ rəhbərliyi Ərdoğanla görüşdü

Aİ rəhbərliyi Ərdoğanla görüşdü

Tarix: 6 Aprel 2021 16:32

Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Aİ Şurasının Prezidenti "Twitter" hesabında bildirib.

Şarl Mişel görüşdə Türkiyə və Aİ-nin gələcək əlaqələrinin müzakirə olunacağını deyib.

"Daha konstruktiv gündəm yaratmaq üçün gərginliyi davamlı olaraq azaltmaq lazımdır", - deyə Aİ rəsmisi qeyd edib.

Qeyd edək ki, görüş Aİ institutlarının rəhbərlərinin Türkiyəyə səfəri çərçivəsində baş tutub.


Etiketlər:  rəhbərliyi Ərdoğanla görüşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ