Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Körpə maska taxmadı, hamilə qadın təyyarədən qovuldu - VİDEO

Körpə maska taxmadı, hamilə qadın təyyarədən qovuldu - VİDEO

Tarix: 6 Aprel 2021 18:28

Hamilə qadının iki azyaşlı uşağı ilə təyyarədən qovulması qalmaqal yaradıb.

Sonxeber.net xəbər verir ki, bunu New York Post yazıb.

Qovulmaya səbəb iki yaşlı qızın maska taxmaması olub. Video və hadisənin təfərrüatları nəşr tərəfindən yayımlanıb. Kadrlarda "Spirit Airlines"ə məxsus təyyarənin stüardessasının dörd nəfərlik ailəni təhdid etdiyi görünür. Hamilə qadının etirazlarına baxmayaraq, ailə yenidən terminala qayıtmaq məcburiyyətində qalıb.

"Bu mənim seçimim deyil. Əşyalarınızı götürüb çıxışa getməlisiniz ",- stüardessa israr edib. Nəticədə sərnişinlər təyyarəni tərk etmək məcburiyyətində qalıblar.

Kamran


Etiketlər:  Körpə maska taxmadı hamilə qadın təyyarədən qovuldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ