Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Siri kişi səsi ilə danışa biləcək

Siri kişi səsi ilə danışa biləcək

Tarix: 6 Aprel 2021 23:56

Apple şirkəti Siri səsli köməkçisindəki standart qadın səsini yığışdıb. Bundan sonra istifadəçilər öz cihazlarının ayarlanması zamanı Siri üçün uyğun səsi özləri seçə biləcəklər. Bu yenilik hələ ki, iOS 14.5 əməliyyat sisteminin beta versiyasında aktivdir. Bu barədə Techcrunch saytı xəbər verib. BMT-nin tədqiqatlarına əsasən səsli köməkçilərdə istifadə olunan qadın səsləri zərərli gender stereotiplərinin mövqelərini bərkidir.

Şirkət ilk dəfə olaraq cihazın işə salınmasından sonra Siri-nin hansı səsə sahib olacağını seçmək imkanını verir. Hal hazırda bir çox ölkələrdə Siri qadın səsi ilə təqdim olunur. Lakin istifadəçilər ayarlar vasitəsilə bunu dəyişə bilərlər. Bəzi dillərdə Siri standart olaraq kişi səsi ilə təqdim olunur. Apple həmçinin ingilis istifadəçiləri üçün Siri-yə 2 yeni səs əlavə edib və yaxın zamanda Rusiya, İrlandiya və İtaliya istifadəçiləri üçün Siri-nin səsini yeniləyəcək. Məlumatda həmçinin qeyd edilib ki, Siri ay ərzində 500 milyon cihazda 25 milyard sorğunu emal edir və o, 36 ölkədə 21 dili dəstəkləyir.


Etiketlər:  Siri kişi səsi ilə danışa biləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ