Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2021 08:33
Elektrik cərəyanı vurduqda, suda boğularkən, tənəffüs orqanarı sıxılarkən, habelə bir sıra xəstəliklər zamanı tənəffüs və ürəyin fəaliyyəti qəfildən dayana bilir. Bu zaman kliniki ölüm baş verə bilər.
Ürək fəaliyyətinin dayanması nəfəsin kəsilməsinə, nəbzin, ürək döyüntüsünün, reflekslərin olmamasına və göz bəbəklərinin genişlənməsinə görə aşkar edilir. Belə adamlara süni tənəffüs verilsə və ürəyi xaricdən masaj olunsa bir çox hallarda həyatlarını xilas etmək olur.
Hadisə qəza nəticəsində baş verib xəstənin çənəsi yaralanmışsa, alt çənəni bir qədər irəli çəkib, çənəaltını basaraq ağız böşluğunu qan və ya qusuntudan salfetlə təmizləyib, sonra xəstənin burnunu tutub süni tənəfüs vermək lazımdır. Kömək edən şəxs dərindən nəfəs alıb, dodaqlarını yaralının dodağına sixib, havanı bərk halda xəstənin nəfəs borusuna üfürməlidir. Hava az -az üfürüldükdə süni tənəffüs səmərəli olmur. Havanı ritmik surətdə 1 dəqiqədə 16-18 dəfə təbii tənəffüs bərpa olunanadək və ya ölüm əlamətləri aydın şəkildə aşkara çıxana qədər üfürmək lazımdır.
Ürək fəaliyyəti qəfil dayandıqda, ürəyi dərhal xaricdən masaj etmək lazımdır. Bu məqsədlə xəstəni arxası üstə uzadıb, əllərin ovucları bir-birinin üstündə olmaqla, yaralının döş qəfəsini aşağı 1/3 hissəsinə qoyurlar .Sonra dəqiqədə 50-60 cəld ritmik təkanla sinəni aşağı basır və hər təkrardan sonra əlləri yuxarı qaldırırlar ki, döş qəfəsi qalxıb düzələ bilsin. Təkan zamanı döş qəfəsi ən azı 3-4 sm aşağı basılmalıdır.