Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yoluxma durmadan artır: SMS icazə tətbiq ediləcəkmi? - AÇIQLAMA - VİDEO

Yoluxma durmadan artır: SMS icazə tətbiq ediləcəkmi? - AÇIQLAMA - VİDEO

Tarix: 9 Aprel 2021 09:54

Azərbaycanda koronavirusa yoluxanların sayının durmadan artması insanlar arasında təşvişi artırır. Artıq gün ərzində yoluxanların sayı 3 minə, ölənlərin sayı isə 40-a yaxınlaşır.

Vəziyyətin belə davam edəcəyi təqdirdə ölkədə karantin qaydalarının yenidən sərtləşdiriləcəyi və sms izacə sisteminin tətbiq olunacağı ehtimalı gündəmə gəlib.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, mütəxəssislər mövcud vəziyyəti qiymətləndirib və çıxış yolları barədə danışıblar. Milli Məclisin üzvü Müşfiq Məmmədli "ARB24"ə bildirib ki, heç kim karantin tədbirlərinin sərtləşdirilməsini və insanların normal fəaliyyətinin məhdudlaşdırılmasını istəmir: "Biz özümüz buna dəstək verməklə yanaşı, həm də dövlətin tənzimləyici tədbirlərinə anlayışla yanaşmalıyıq".

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə test götürülən zaman qoyulan kriteriyaları pisləyib: "Temperatur 38 dərəcədən yuxarı olmalıdır ki, test aparılsın. Bu kriteriyalar dəyişməlidir. İnsanlardan maksimum test götürülməyə çalışılmalıdır".


Etiketlər:  Yoluxma durmadan artır icazə tətbiq ediləcəkmi AÇIQLAMA VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ