Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kuba səfiri: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışları ən yüksək səviyyədə keçir

Kuba səfiri: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışları ən yüksək səviyyədə keçir

Tarix: 26 Aprel 2019 19:20

Bakı. Cani Babayeva - Trend:

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışları ən yüksək səviyyədə keçir.

Bunu Trend-ə Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo deyib.

O bildirib ki, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatını izləsə də, gimnastika yarışlarında ilk dəfə iştirak edir:

“Bədii gimnastika üzrə Kuba milli komandası ilk dəfədir ki, Bakıda çıxış edir. Gimnastlarımız və məşqçi təşkilatçılıq səviyyəsinin çox yüksək olduğunu vurğulayır. Burada çox gözəl şərait yaradılıb. Hər şey ən yüksək səviyyədədir”.

Səfir yaradılan şəraitə görə, Azərbaycan Gimnastika Federasiyasına təşəkkürünü bildirib.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışına start verilib. Üç gün davam edəcək turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Kuba səfiri Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışları yüksək səviyyədə keçir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ