Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gecə saatlarında işləyən kafe aşkarlandı, 4 nəfər cərimələndi

Gecə saatlarında işləyən kafe aşkarlandı,  4 nəfər cərimələndi

Tarix: 9 Aprel 2021 17:28

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları şəhər ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, kafenin işçiləri olan 4 nəfər barəsində inzibati qaydada protokol tərtib edilib.

Milli.Az


Etiketlər:  Gecə saatlarında işləyən kafe aşkarlandı 4 nəfər cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ