Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Çinar” restoranında toy edənlər cərimələndi - FOTO

“Çinar” restoranında toy edənlər cərimələndi - FOTO

Tarix: 10 Aprel 2021 17:20

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə "Çinar" restoranında sanitar-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan toy mərasiminin keçirilməsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, obyektin sahibi Rəşad Bəşirova əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Polislər tərəfindən mərasimin təşkilatçıları və iştirakçıları, xidmət personalı barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, restoran sahibi R.Bəşirov barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.


Etiketlər:  Çinar restoranında edənlər cərimələndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ