Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2021 13:25
"Ümumiyyətlə, pandemiyada çalışırdım ki, heç yerə getməyim. Bacımın qızının doğum günündə idim. Çox adam yox idi, iki rəfiqəsi və bir də özümüz. Rəfiqələrindən biri özü də bilmədən koronovirus imiş. Daha sonra həmin rəfiqəsi bacımın qızına xəbər verib ki, test verin, biz hamımız koronovirusa yoluxmuşuq. Hamımız test verdik, mənimlə bacımın qızında testin nəticəsi pozitiv çıxdı. Çünki bizim immunitetimiz zəif idi. Bacımla mənim qızımda koronovirus xəstəliyi aşkarlanmayıb"
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Nahidə Orucova bildirib. Bir neçə gün əvvəl səhhəti ağırlaşan aktrisa hal-hazırda xəstəxanada həkim nəzarətində müalicə aldığını bildirib.
"Fikirləşirdim ki, ev şəraitində özüm müalicə alaram, amma bu mənə çətin gəldi. Çünki tək qalıram, get-gedə də xəstəlik şiddətlənirdi, nəfəsalmamda ciddi problemlər yaranırdı. Nə yaxşı ki, məni xəstəxanaya yerləşdirdilər. Evdə təkbaşına kim baxacaqdı mənə? İlk günlərdə səhhətim yaxşı deyildi, ağırlaşmışdı. Xəstəxanaya gəldiyim ilk günlərdə xüsusi aparatla nəfəs alırdım, quru öskürəyim var idi. İndi şükür ki, buna çox ehtiyyac olmur. Artıq öskürəyim də yumşalıb, səhhətimdə irəliləyiş var. Həqiqətən də çox dəhşətli xəstəlikdir. Heç kim özünə arxayın olmasın ki, mən yoluxmaram. Xeyr, bu xəstəliklə zarafat etmək olmaz, özünü qorumayan, maska taxmayan hamı yoluxa bilər. Mərkəzi Neftçilər Xəstəxanasının rəhbərliyinə və bütün tibbi personajına, həkimlərimə xüsusi təşəkkür edirəm. Onlar burada bütün xəstələrin qayğısını çəkirlər" deyə aktrisa bildirib.