Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2021 14:32
44 günlük Qarabağ Müharibəsi ilə bağlı yeni detallar üzə çıxarmaqda davam edir.
Sonxeber.net modern.az-a istinadən Ermənistan KİV-nə istinadən xəbər verir ki, faktlardan biri Nikol Paşinyanın oğlu Aşot Paşinyanla bağlıdır.
Belə ki, 2020-ci il oktyabrın əvvəllərində Paşinyan arvadı Anna Akopyanın məsləhəti ilə piar-aksiya planlaşdırılıb. Onların məqsədi oğullarını Qarabağa göndərərək, döyüşlərin gedişatı fonunda bir neçə effektiv kadr çəkməkdən ibarət imiş. Yerevandan aparılan çəkiliş qrupunun lentə alacağı kadrlar cəmiyyətdə qələbə təəssüratı yaratmağa hesablanıbmış.
Aşot Paşinyanın Cəbrayıl istiqamətinə aparılması və təhlükəsiz məsafədən döyüşlərə guya qatılması təəssüratını keçmiş yüksək texnologiyalar naziri Akop Arşakyanın başçılıq etdiyi koordinasiya qrupu təşkil etməliymiş.
Amma Azərbaycan Ordusunun Cəbrayılı azad etdikdən sonra sürətlə Zəngilan istiqamətində irəliləməsi bu piar-aksiyanın uğurla həyata keçirilməsinə mane olub.
Belə ki, Aşot Paşinyanın da olduğu qrup mühasirəyə düşüb. Onların mühasirədən çıxarılması üçün həyata keçirilən əməliyyat zamanı 40-dan artıq erməni əsgəri və zabiti məhv edilib. Çətinliklə də olsa, ərazidən uzaqlaşdırılan Aşot Paşinyan təcili olaraq Gorusa aparılıb.
Təcili olaraq Ermənistan ərazisinə keçən baş nazir oğlu daha sonra Yerevana qayıdıb. Aşot Paşinyanın piar-aksiyalarda iştirakı ilə bağlı plan beləcə puç olub.