Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2021 10:30
Gündəlik istifadə edilən qablaşdırılmış içməli suyun qiyməti qalxıb. Son 15 gündür bəzi şirkətlər qiymətləri artırıblar. Satıcılar qiymətlərin artmasının səbəbini qablaşdırma xərcinin artması ilə əlaqələndirirlər.
Sonxeber.net xezerxeber-ə istinadən xəbər verir ki, qablaşdırılmış içməli su bahalaşıb. Artım son bir neçə gündür müşahidə edilir.
Bəzi su şirkətləri qiymətləri 10 faiz qaldırıblar. Vətəndaşlar artımın xüsusilə 19 litrlik qablaşdırmada olan sularda hiss edildiyini deyirlər. Bununla yanaşı, digər həcmdə olan qazsız suların qiyməti də qalxıb.
Artım demək olar ki, paytaxtın bütün ərazilərində fəaliyyət göstərən marketlərdə müşahidə edilir. Lakin heç də bütün şirkətlər qiymət artımına getməyiblər.
Satıcılar qiymətlərin şirktətlər tərəfindən artırıldığını deyirlər. Bahalaşmaya səbəb isə qablaşdırma xərclərinin artmasını göstərirlər.
Su şirkərləri isə qiymət artımını təsdiqləsələr də, səbəbini izah etmirlər.
Qeyd edək ki, dizelin bahalaşmasından sonra daşıma xərcləri də artıb. Bazarda ərzaq məhsullarının da qiymətinin artması müşahidə edilir.