Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ferstappen Formula 1-də birinci oldu

Ferstappen Formula 1-də birinci oldu

Tarix: 18 Aprel 2021 21:44

Aprelin 18-də Formula 1 Emiliya-Romanya Qran-Prisinin qalibi müəyyənləşib.

Milli.Az modern.az-a istinadən bildirir ki, İtaliyada təşkil olunan mövsümün ikinci yarışında "Red Bull"un pilotu Maks Ferstappen birinci olub. İlk üçlüyü "Mercedes"in pilotu Luis Hamilton və "McLaren"in üzvü Lando Norris tamamlayıb.

M.Ferstappen cari mövsüm ilk, karyerasında isə 11-ci qələbəsini qazanıb.

Pilotların siyahısına 44 xalla L.Hamilton başçılıq edir. M.Ferstappen 43 xalla ikinci, L.Norris isə 27 xalla üçüncü pillədə yer alıb.

Növbəti yarış mayın 2-də Portuqaliyada təşkil olunacaq.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 6-da Bakı şəhər halqasında keçiriləcək.

Milli.Az


Etiketlər:  Ferstappen Formula 1 birinci oldu


RƏYLƏR