Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2019 20:08
Bakı. Trend:
Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 28-də saat 21 radələrində Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində Türkmən kənd sakini V.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Xanərəb kənd sakini Fərmayıl Rüstəmovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin