Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2021 15:00
Fox TV-də yayımlanan Türkiyənin məşhur "Savaşçı" serialının 101-ci bölümü Qarabağa həsr olunub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, ekran işinin bu həftə yayımlanan seriyasında işğaldan azad edilən torpaqlarda terrorçuların olduğu, orada azərbaycanlı generala qarşı sui-qəsd planlaşdırıldığı qeyd olunub. Sözügedən terrorçuları zərərsizləşdirilməsi üçün əraziyə türkiyəli kəşfiyyatçılar cəlb edilir.
Həmçinin, serialda köçkünlərin 30 il sonra azad olunan torpaqlara qayıdışı da əks olunub.