Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyanın Xankəndi PLANI - Uzaq və orta mənzilli raketlər, tanklar ... - FOTO

Rusiyanın Xankəndi PLANI - Uzaq və orta mənzilli raketlər, tanklar ... - FOTO

Tarix: 21 Aprel 2021 17:51

"Rusiya sülhməramlıları dünyada çox az yerdədir. Adətən ya onların hərbi bazaları var və yaxud bazaya yaxın bir iştirak var".

Bunu Milli.Az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

O bildirib ki, əgər şəxsi heyətin keçidinin qəbulunda tribunada Rüstəm Muradovun yanında ermənilərin hərbi cinayətkar rəhbərlərindən kimsə yer alarsa bu, Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirər:

"Rusiyanın hərbiçiləri hansı ölkədə yerləşirsə, 9 May Qələbə Gününü qeyd edirlər. Sözün düzü mənim üçün burada elə təəccüblü bir şey yoxdur ki, Azərbaycan ərazisində olan kontingent də bölgədə olan qoşun hissələrinin keçidini təşkil etsinlər. Çünkü bu baradda nə texnika göstərilir, nə digər iri çaplı silahlar. Burada ancaq şəxsi heyyətin keçidi olacaq. Burada əsas məsələ odur ki, o keçidi kim qəbul edəcək və o qəbuletmədə general Rüstəm Muradovla yanaşı yerli ermənilərin hərbi cinayətkar olan rəhbərləri də iştirak edəcəksə, o zaman onlar öz səlahiyyətlirini aşırlar. Və bu, Azərbaycan Rusiya münasibətlərində növbəti müəyyən gərginliyə səbəb ola bilər. Amma keçid olacaqsa da onu məlum sülhməramlı kontingentin rəhbəri olan general Muradov qəbul edəcəksə, burada mən düşünmürəm ki, hər hansı bir problem ola bilər. 

Bakıda da belə tədbirlər keçirilir. Qələbə Günü bizim üçün yad bayram deyil,, ümumrespublika səviyyəsində qeyd olunan bayramdır. Rusiya hərbiçiləri də harada qullu çəkirlərsə, orada da o bayramı qeyd edirlər. Sülhməramlıların keçidində güc nümayişi yoxdur. Orada uzaq mənzilli, orta mənzilli raketlər, tanklar nümayiş olunmayacaq. Şəxsi heyyətdir, keçid həyata keçirəcək. Onlarda da bayramdır, bizdə də bayramdır. O keçidin qəbulunda əgər tribunada Rüstəm Muradovdan başqa yerli ermənilərin hərbi cinayətkar rəhbərləri iştirak etsə, o zaman Kreml ilə rəsmi Bakının münasibətləri korlana bilər. Əgər Muradov bu töədbirdə o kürsüdə tək olacaqsa, o zaman düşünmürəm ki, hər hansı bir problem yaşana bilər".

Xatırladaq ki, iki gün əvvəl Rusiya Müdafiə Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının 1941-1945-ci il Böyük Vətən müharibəsində Qələbəyə həsr olunan təntənəli keçid üçün məşqlərə başladığına dair məlumat yayıb. Qeyd olunub ki, Xocalı hava limanında baş tutan məşqlərə təxminən 400-ə yaxın hərbçi cəlb olunub. Təntənəli keçid məşqlərinə Dağlıq Qarabağda Rusiya sülhməramlılarının əsas hissəsini təşkil edən 15-ci motoatıcı briqadasının şəxsi heyəti cəlb olunub.

Təhməz Əsədov

Milli.Az


Etiketlər:  Rusiyanın Xankəndi PLANI Uzaq orta mənzilli raketlər tanklar FOTO


RƏYLƏR