Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2021 08:02
Devrilmiş Liviya lideri Müəmmər Qəddafinin qızı Aişə Avropa İttifaqının "qara siyahısı"ndan çıxarılıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Avropa Məhkəməsi polkovnik Müəmmar Qəddafinin qızı Aişə Qəddafinin adını 2011-ci ildə sanksiya tətbiq olunmuş şəxslərin siyahısından çıxarmaq qərarına gəlib. Avropa Məhkəməsi hesab edir ki, Aişə artıq beynəlxalq sülhə və bölgədəki təhlükəsizlik üçün təhdid yaratmır.
Avropa İttifaqının Lüksemburqdakı ümumi yurisdiksiya məhkəməsinin qərarında A. Qəddafinin uzun illər Liviyada yaşamadığı və dosyesinə əsasən, Liviyanın siyasi həyatında iştirak etmədiyi göstərilir.
Xatırladaq ki, A. Qəddafi 2011-ci ilin fevralında Avropa İttifaqı tərəfindən Aİ ərazisinə və Avropa bank sisteminə çıxışı dayandırılmış fiziki və hüquqi şəxslərin "qara siyahısı"na daxil edilmişdi. Siyahıda hələ də 2011-ci ilin oktyabr ayında vəhşicəsinə qətlə yetirilmiş Müəmmar Qəddafi, həmçinin onun oğulları - davam edən döyüşlər zamanı öldürülmüş Hamis və Muttazim yer alır.