Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden çıxışı zamanı sözləri səhv salıb

Bayden çıxışı zamanı sözləri səhv salıb

Tarix: 22 Aprel 2021 08:44

ABŞ prezidenti Co Bayden koronavirusun yayılması ilə bağlı vəziyyət barədə danışarkən "salon" sözünün əvəzinə "salun" sözünü işlədərək səhvə yol verib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, ABŞ-da COVID-19-la mübarizənin nəticələrindən söhbət açan Bayden Ohayo ştatındakı bir gözəllik salonunu nümunə gətirərək, peyvənd proqramına qatılan ölkə vətəndaşlarının məsuliyyətli olmasına toxunub.

"Salon müdiri vaxtını və enerjisini sərf etdi ki, onun əməkdaşları və ziyarətçiləri peyvənd olunsunlar. Salundan çıxarkən işçilər... Salun? Salon. Bəlkə onlar salunları da ziyarət edirlər, bilmirəm. Ancaq salondan çıxarkən işçilər müştərilərin özlərinin və onların ailə üzvlərinin peyvənd üçün qeydiyyatdan keçmələrinə yardım göstəriblər", - deyə prezident gülərək bildirib.


Etiketlər:  Bayden çıxışı zamanı sözləri səhv salıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ