Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakını toz dumanı bürüyüb - Belə hava şəraitinin hansı fəsadları ola bilər? - VİDEO

Bakını toz dumanı bürüyüb - Belə hava şəraitinin hansı fəsadları ola bilər? - VİDEO

Tarix: 22 Aprel 2021 11:16

Bakıda havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib.

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən aprelin 21-də Bakı şəhərinin müxtəlif ərazilərində monitorinqlər həyata keçirilib, havada tozun miqdarı üzrə ölçmələr aparılıb.

Məlum olub ki, havada tozun miqdarı normadan yüksəkdir.

Bəs belə hava şəraiti pandemiya dövründə insanlarda hansı fəsadları yarada bilər?

İnfeksionistlərin fikrincə, tozlu və küləkli hava şəraiti koronovirus infeksiyasına yoluxmanı artırmır, amma toza allergiyası olan koronovirus xəstələrinin vəziyyətini ağırlaşdıra bilər. Buna görə də belə hava şəraitində diqqətli olmaq mütləqdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Bakını toz dumanı bürüyüb Belə hava şəraitinin hansı fəsadları ola bilər VİDEO


RƏYLƏR