Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2021 15:26
Almaniyaya getməyə hazırlaşan türk vətəndaşının üzərindən çıxanlar polisləri heyrətə salıb.
Sonxeber.net sherq.az-a istinadən xəbər verir ki, Hannover Hava Limanındakı polis türk sərnişinə məxsus 40 min avro dəyərindəki qızıl və zinət əşyalarına "əl qoyub".
Məsələ ilə bağlı mətbuata danışan Hannover Hava Limanı gömrük mətbuatının sözçüsü Nils Haustein bunları deyib:
"Çamadanların yoxlanılmasından sonra corab və şalvarda gizlədilən qızıl boyunbağı və zinət əşyaları gördük. Bu cür hadisələrlə çox qarşılaşmağa başlamışıq".