Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2021 17:48
Avtobusda yaşlı kişi azyaşlı məktəbliyə qarşı əxlaqsız hərəkətlər edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Rusiyanın Yaroslavl şəhərində baş verən hadisə avtobusun müşahidə kamerası tərəfindən qeydə alınıb.
Kadrlarda kişinin yanında oturan məktəblini sıxışdıraraq, onun dizlərini sığallamağa başladığı görünür. Uşaq onun hərəkətindən qorxaraq yerini dəyişir.
Hadisə prokurorluq orqanlarının diqqətini cəlb edib. Pensiyaçının kimliyi artıq müəyyənləşib. Onun barəsində "14 yaşına çatmayan şəxslərə qarşı seksual xarakterli hərəkətlər" maddəsi ilə cinayət işi açılıb.