Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2021 19:27
Litvada koronavirusun hələlik adı E848K olaraq müəyyənləşdirilən, daha əvvəl bilinməyən bir mutasiyası aşkarlanıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Litva Xalq Sağlamlığı Mərkəzi virusa yoluxanlar arasında vaksinasiyadan keçənlərin də olduğunu bildirib.
Məlumata görə, mutasiya ölkənin şimal-şərqində yerləşən Aniksciay bölgəsində 35 nəfərdə tapılıb.
Qeyd olunub ki, bu mutasiyaya yoluxanların xəstəliyi daha ağır keçirməsinə dair məlumat yoxdur, sözügedən ştamm aşkarlanmış şəxslərin üçdə biri artıq sağalıb.
Yerli televiziya kanalı olan LTR onu "Litva miutasiyası" adlandırıb, təhlükəli olmadığını, Norveç və Danimarkada da rast gəlindiyini iddia edib.