Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ən təhlükəli yerlərə getdik'' - VİDEO - FOTO

''Ən təhlükəli yerlərə getdik'' - VİDEO - FOTO

Tarix: 23 Aprel 2021 15:00

Müğənni Nicat Rəhimov "Ala gözlüm" adlı mahnıya çəkdirdiyi klipini tamaşaçıların ixtiyarına verib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ekran işi Zaqatalada lentə alınıb. Klipin rejissorluğunu Vüqar Kərimov edib.

"Ekran işinin çəkilişlərini Qafqaz dağlarında aparmışıq. Zaqatalanın sərhəd kəndlərində yerləşən həmin dağlara ancaq çayın içindən keçib getmək mümkündür. Ora maşın yolu yoxdur, heç telefon da işləmir həmin ərazidə. Çox gözəl mənzərəsi var. Ən təhlükəli yerlərə getdik. Amma belə gözəl mənzərədə klip çəkdirməyə dəyərdi. İstədiyimizə nail olduq. Klipdə Zaqatala mətbəxini də təqdim etməyə çalışdıq. Burada tarixi Pəri qalası da yer alıb" deyə, Nicat yeni işi haqda danışarkən deyib


Etiketlər:  təhlükəli yerlərə getdik VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ