Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2021 10:38
Rusiyada 24 yaşlı model Lana Voron sağlamlıq mərkəzlərindən birində prosedura zamanı kriolipoliz zamanı yanıq xəsarəti alıb.
Sonxeber.net xəbər verir ki, bu barədə lenta.ru xəbər yayıb.
Modelin sözlərinə görə, prosedur zamanı həmin an bərk yanma hiss edib. Bundan sonra o, həmin yerdə izlər görüb. Yaralar günü-gündən böyüyüb və qanamağa başlayıb. Xəstəxanada həkimlər ona "təmas nəticəsində yanıq" diaqnozu qoyulub.
Hadisə ilə bağlı "Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərmək" maddəsi ilə cinayət işi açılıb.