Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İslamı qəbul etmişəm və oruc tuturam''

''İslamı qəbul etmişəm və oruc tuturam''

Tarix: 24 Aprel 2021 16:56

NBA-nın sabiq oyunçusu Stiven Ceksondan sonra Kayri İrvinq də müsəlman olduğunu açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, NBA təmsilçisi "Bruklin Nets"də oynayan basketbolçu "Boston Seltiks"ə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında bu barədə bildirib:

"Allahın qulu olmaq. Mən belə olmağa davam edirəm. Cəmiyyətin bir hissəsi olduğum və düzgün işlər gördüyüm üçün xoşbəxtəm. Müsəlman icmasında oruc tutmaq dinin bir hissəsidir. Bunun bir parçası olduğuma görə özümü müqəddəs hiss edirəm. Müsəlman qardaşlarımın arasına qoşulub, Ramazan ayında oruc tuturam. Buna görə də oyunöncəsi hazırlıqlarımı dəyişdirmək məcburiyyətində qaldım".

Milli.Az


Etiketlər:  İslamı qəbul etmişəm oruc tuturam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ