Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2021 20:04
Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın şimalındakı əməliyyatı çərçivəsində PKK terror təşkilatının əsas üzvlərindən biri məhv edilib. PKK-nın qolu olan KCK-nın "icraiyyə komitəsi"nin üzvü Sinan Mirhan kod adlı Dalokay Şanlı İnterpolun axtarışında olub.
Onun terror təşkilatına 1999-cu ildə Yunanıstandan qatıldığı bildirilir. Dalokay Şanlı Türkiyədə törədilən təxribat, sui-qəsd, yanğın və digər terrorçu hərəkətləri üçün terrorçuların təlimat aldığı "Apollo Akademiyası"nın rəhbərliyində təmsil olunub.