Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2021 13:28
Baydenin açıqlamasını səhv adlandırmaq olmaz. Ortada düşmən münasibəti var. Deyiləcək çox sözümüz var, amma faydasızdır. Əgər münasibət düşməncədirsə, danışmaq deyil, hərəkət etmək vaxtıdır. Bu, tarixin qırılma anıdır. NATO üzvlüyü də daxil olmaqla qlobal mövqeyimizi müzakirə etməliyik.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri AKP-dan olan keçmiş deputat Şamil Tayyar deyib.
Onun sözlərinə görə, soyqırımı böhtanı cinayət sayılmalıdır:
"Problem xarici aləmlə məhdudlaşmır, daxildə də HDP kimi Daşnaktsütyun və Hnçak tipli təşkilatlar var. Əgər Qərbdə "soyqırım olmaz" reallığı cinayət sayılırsa, bizdə də soyqırım böhtanı cinayət sayılmalıdır".