Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaxın iki gündə hava qeyri-sabit keçəcək - Xəbərdarlıq

Yaxın iki gündə hava qeyri-sabit keçəcək - Xəbərdarlıq

Tarix: 26 Aprel 2021 13:46

Milli Hidrometeorologiya Xidməti növbəti iki gün ərzində hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 27-si gün ərzində şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın əsasən şimal və qərb rayonlarında aprelin 27-28-də hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.


Etiketlər:  Yaxın gündə hava qeyri sabit keçəcək Xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ