Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evin döşəməsindən xəzinə çıxdı - FOTOlar

Evin döşəməsindən xəzinə çıxdı - FOTOlar

Tarix: 26 Aprel 2021 15:46

Ev uzun zamandır orada yaşayan bir cütlüyə məxsus idi.  Hadisə ABŞ-ın Massaçuests əyalətində baş verib.

Milli.Az-ın sherg.az-a istinadən xəbərinə görə, cütlük ölmədən əvvəl evi yaxın qohumuna bağışlayıb.
Karen adlı qohum qızı evi satmağı planlaşdırırdı. Lakin evin döşəməsində saxlanan külli miqdarda pul haqqında eşitdiyi məlumatı araşdırmadan satmaq istəmədi.
 

Usta çağırdı, amma əli boş döndü

Qadın əvvəlcə divarları və döşəmə taxtalarını araşdırmaq üçün bir nəfər çağırsa da, bir işə yaramayıb. Daha sonra itirilmiş qiymətli əşyaları tapmaqda "dedektor" olan Keyt Ville haqqında eşidib. Ville, Massaçuests ziyarətini "YouTube" kanalında yayımlamaq üçün çəkdiyi görüntüləri ora yerləşdirib. Xəzinə ovçusu olan Ville metal dedektoru ilə evi araşdırdıb.

Taxtaların altında vızıltı eşidildi

Axtarış aparan Ville başqalarının nəzərdən qaçardığı bir şeyi görüb: döşəmə taxtaların arasından qəribə vızıltı səsi gəlirdi. Bu səs Villenin şübhələrini oyatmaq üçün kifayət idi, ona görə də döşəmənin altına endoskop kamerası qoydu və ətrafa nəzər yetirdi. Sonda saxlanılmış xəzinə dəmir qutu tapılıb.

Pullar 1930-1950-ci illərin 46 min dollar dəyərində olan və hər biri 500 dollarlıq paketlərə yığılıb. Məbləğin hazırda 400 min dollara bərabər olduğu deyilir.
Villeni işə götürən Karen adlı qadın bu sözləri deyib:
"Nəhayət ki, pulların tapıldığına sevindim. Xəzinə ovunun sonuna gəldik".
Qadın bundan sonra evi satışa çıxaracağını qeyd edib.

Milli.Az


Etiketlər:  Evin döşəməsindən xəzinə çıxdı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ