Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2021 14:30
Gürcüstan parlamenti spiker Arçil Talakvadzenin istefasını qəbul edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, hakim "Gürcü Arzusu" partiyası bu vəzifəyə vitse-spiker Kaxa Kuçavanın namizədliyini irəli sürüb.
Hazırda parlamentdə müzakirələr davam etdirilir, gün ərzində yeni spikerin təyin edilməsi üçün səsvermə keçiriləcək.
Plenar iclasda boykotu dayandıran müxalif deputatlarla birlikdə 107 deputat qeydiyyatdan keçib.