Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AFFA-dan Təmkin Xəlilzadəyə ağır cəza

AFFA-dan Təmkin Xəlilzadəyə ağır cəza

Tarix: 27 Aprel 2021 17:12

AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasda yeni qərarlar qəbul edib.

Milli.Az xəbər verir ki, "Zirə" - "Sumqayıt" oyununda "Sumqayıt" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

"Sabah" - "Neftçi" oyununda "Sabah" klubunun 3 futbolçusu qırmızı vərəqə ilə cəzalandırıldığı üçün klub 4800 manat cərimə olunur.

"Sabah" - "Neftçi" oyununda "Sabah" klubunun 4 nömrəli futbolçusu Bəhlul Mustafazadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur. (maddə 47)

"Sabah" - "Neftçi" oyununda "Sabah" klubunun 13 nömrəli futbolçusu Filip İvanoviç qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur. (maddə 47)

"Sabah" - "Neftçi" oyununda "Sabah" klubunun 19 nömrəli futbolçusu Təmkin Xəlilzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimi təhqir etdiyi üçün 4 oyun cəzalanır klub 3200 manat cərimələnir. (maddə 41.3)

"Sabah" - "Neftçi" oyununda "Sabah" klubunun rəsmi şəxsi Miloş Jevtic barəsində araşdırılma aparılır.

"Sabah" - "Neftçi" oyununda "Neftçi" klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)

"Sabah" - "Neftçi" oyununda "Neftçi" klubunun baş məşqçisi Samir Abasov oyundan sonra dava-dalaşa təhrik edici hərəkətlər etməsinə, aqressivlik göstərməsinə, mətbuat konfrası zamanı hakimin qərarlarını müzakirə etməsinə və qeyri-etik ifadələr işlətməsinə görə 2 oyun cəzalanır klub 4000 manat cərimə olunur.

Milli.Az


Etiketlər:  AFFA dan Təmkin Xəlilzadəyə ağır cəza


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ