Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Onlar qorxunc silaha bənzəyirlər” - Qvardiola

“Onlar qorxunc silaha bənzəyirlər” - Qvardiola

Tarix: 28 Aprel 2021 13:40

"Bu komanda ilə Parisə gəldiyim üçün çox xoşbəxtəm. Özümüz olmağa və qələbə qazanmağa çalışacağıq".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu "Mançester Siti"nin baş məşqçisi Josep Qvardiola deyib.

İngiltərə təmsilçisi Çempionlar Liqasının yarımfinalında bu gün Parisdə PSJ ilə qarşılaşacaq. Bu barədə danışan ispaniyalı mütəxəssis hər iki komandanı gərgin mübarizə gözlədiyini bildirib: "Çempionlar Liqası ən gözəl turnirdir. Komandamızda problem yoxdur. Hər kəs oyuna hazır və xoşbəxtdir. Finala çıxmaq uğrunda mübarizə fürsəti üçün özümüzə minnətdarıq. Əgər davamlı olaraq topla oynasaq, balanslı oyun olacaq. Müdafiədə oturmaq fikrimiz yoxdur. Çünki rəqibin heyətində Neymar, Mbappe, Di Maria, Verratti, Markinyos qorxunc silaha bənzəyirlər. Onlar 90 dəqiqəni müdafiəyə çəkilən rəqiblərə qarşı oynamağa öyrəşiblər. Müdafiə PSJ kimi komandaya qarşı qorunmanın yolu deyil".

Qvardiola bildirib ki, rəqibin heyətində hər an nəticəni dəyişə bilən keyfiyyətli futbolçular var: "Bunu futbolu sevən hər kəs bilir. Ancaq bu, Çempionlar Liqasının yarımfinalıdır. 90 dəqiqə mübarizə aparmalıyıq. Bizi yalnız bir sual narahat edəcək: necə qazanmaq olar? Yohan Kroyf mənə oyundan zövq almağı, məsuliyyət, əylənməli olduğunu öyrətdi. Ən yaxşı futbolçular belə qarşılaşmaları çox sevirlər".

Milli.Az


Etiketlər:  Onlar qorxunc silaha bənzəyirlər Qvardiola


RƏYLƏR