Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində “Oscar” qadağası - FOTO

Çində “Oscar” qadağası - FOTO

Tarix: 28 Aprel 2021 17:30

Çin hökuməti "Oscar" mükafatının təqdim etmə mərasimində üç nominasiyada qalib olan "Nomadland" ("Köçərilərin Yurdu") filminin rejissoru Xloya Çjaonun haqqında yazmağı qadağan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli mediadakı mənbələrə istinadən "The Wall Street Journal" xəbər verir.

İnsayderlər vurğulayıblar ki, hazırda Çinin ən böyük axtarış sistemləri olan "Sogou" və "Baidu"da Çjaoya aid ancaq keçmiş xəbərlər var. Bundan başqa istifadəçilərin "Wechat", "Weibo" və "Zhihu"dakı Çjao ilə bağlı paylaşımları da silinir.

Çində anadan olub, sonradan ABŞ-a köçən Çjao "Ən Yaxşı Rejissor" mükafatını qazanan ilk çinli qadındır, o həmçinin bu mükafata layiq görülən ikinci qadındır. Onun filmi həmçinin "Ən yaxşı film" və "Ən yaxşı qadın rolu" nominasiyalarında da əsas mükafatı qazanıb.
Qeyd edək ki, onun zəfəri barədə qadağaya səbəb, Çjaonun bir müddət əvvəl "Çində yalanın əhatəsində böyüdüyü" barədə açıqlamaları olub.

Milli.Az


Etiketlər:  Çində Oscar qadağası FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ