Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2021 16:52
"Hazırda Qubadlı rayonunun Xanlıq qəsəbəsinin yuxarı hissəsində yerləşən əkin sahələrinin mina və partlamamış sursatlardan təmizlənməsi üçün əməliyyat aparırıq".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) supervayzeri Cəlaləddin Əliyev bildirib.
C. Əliyev deyib ki, hazırda əməliyyat aparılan sahə 779 938 kvadrat metrdir: "Ərazidə 12 günə yaxındır ki, əməliyyatlar aparırıq. Əməliyyatlar zamanı ərazidən 1 ədəd PQ raketi tapılıb. Təmizləmə gündəlik 5,7 faiz ərazi təmizlənir. Artıq ərazinin 48,7 faizi mina və partlamamış sursatlardan təmizlənib. Bu sahə tərəfimizdən təmizləndikdən sonra əkin işləri aparılacaq".