Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Qazaxıstanda yeni raketi sınaqdan keçirib

Rusiya Qazaxıstanda yeni raketi sınaqdan keçirib

Tarix: 29 Aprel 2021 19:52

Rusiya Hava-Kosmik Qüvvələri Qazaxıstanın Sarı Şaqan poliqonunda raket hücumundan müdafiə üzrə yeni raket sistemini sınaqdan keçirib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Ölkənin Hava-Kosmik Qüvvələrinin Raket Hücumundan Müdafiə birliklərinin komandanı general-mayor Sergey Qrabçuk bildirib ki, yeni sistemin sınağı uğurlu olub.

Məlumata görə, Rusiyanın Müdafiə Nazirliyi Sarı Şaqanda sonuncu dəfə 2020-ci ilin noyabrında raket sınağı keçirib. Bundan əvvəl raket sınaqları 2020-ci ilin oktyabr, 2019-cu ilin iyun və iyul, 2018-ci ilin fevral, iyul, avqust və dekabr, 2017-ci ili noyabr aylarında keçirilib.


Etiketlər:  Rusiya Qazaxıstanda yeni raketi sınaqdan keçirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ