Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan kubokunda ''Sumqayıt'' - ''Keşlə'' finalı - YENİLƏNİB

Azərbaycan kubokunda ''Sumqayıt'' - ''Keşlə'' finalı - YENİLƏNİB

Tarix: 29 Aprel 2021 22:52

22:49

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, keçiriləcək iki cavab matçından sonra finalçılar müəyyənləşib.

Əvvəlcə Premyer Liqanın lideri "Qarabağ" "Sumqayıt"ı qəbul edib. Komandalar arasında Sumqayıtda keçirilən görüşdə qol vurulmayıb. Bu görüş isə penaltilər seriyasına qədər uzanıb. Burada daha dəqiq olan (5:4) "Sumqayıt" kubokun ilk finalçısı olub. 

Günün digər matçında isə "Zirə" Keşlə"ni qəbul edib. Səfərdə keçirilən ilk görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn Rəşad Sadıqovun komandasının mərhələni adlamaq şansı daha böyük olsa da, nəticə fərqli olub. Əlavə vaxtın da oynanıldığı gərgin matçda "Keşlə" 3:2 hesabı ilə qalib gələrək finala yüksəlib.

Qeyd edək ki, "Sumqayıt" - "Keşlə" finalı mayın 24-də keçiriləcək.
 

29 aprel (cümə axşamı)
 

20:00."Zirə" - "Keşlə" - 2:3
Qollar:
 Şəhriyar Əliyev, 48-avtoqol (1:0), Sezar Meza Kolli, 66 (1:1), 90-pen. (1:2), 92 (1:3), Klesio Bauk, 111 (2:3)
Qırmızı vərəqə: Lazar Corceviç, 88
İlk oyun - 2:1
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu

17:00."Qarabağ" - "Sumqayıt" - 0:0 (Penaltilər - 4:5)
İlk oyun
 - 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif 

21:53

29 aprel (cümə axşamı)
 

20:00."Zirə" - "Keşlə" - 1:2 (İkinci hissə)
Qollar:
 Şəhriyar Əliyev, 48-avtoqol (1:0), Sezar Meza Kolli, 66 (1:1), 90-pen. (1:2)
Qırmızı vərəqə: Lazar Corceviç, 88
İlk oyun - 2:1
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu

21:04

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq.
 

Aprelin 29-da futbol üzrə Azərbaycan Kubokunda ilk finalçının adına aydınlıq gəlib.

Yarımfinalın cavab oyununda "Qarabağ"ı məğlub edən "Sumqayıt" həlledici qarşılaşmaya vəsiqə qazanıb. Matçın əsas və əlavə vaxtı ilk qarşılaşmadakı kimi qolsuz başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan (5:4) qonaq komanda tarixində 2-ci dəfə finala yüksəlib.

"Qarabağ"ın heyətində 11 metrlik cərimə zərbələrini Maksim Medvedev, Toral Bayramov, Qara Qarayev və Xayme Romero dəqiq yerinə yetiriblər. Patrik Andradenin zərbəsini qonaqların qapıçısı Aydın Bayramov geri qaytarıb. Kevin Medinanın vurduğu top isə qapı tirinə tuş gəlib.

"Sumqayıt"da isə Cəmaləddin Xocaniyazov, Vurğun Hüseynov, Xəyal Nəcəfov, Höccət Haqverdi və Vüqar Mustafayev penaltini qola çevirib. Elvin Məmmədovun zərbəsi isə qapı tirindən qayıdıb.

Qeyd edək ki, yarımfinalın digər matçında "Zirə" səfərdə 2:1 hesabı ilə qalib gəldiyi "Keşlə"ni qəbul edəcək.

29 aprel (cümə axşamı)

20:00."Zirə" - "Keşlə" - 0:0 (Fasilə)
İlk oyun -
 2:1
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu

17:00."Qarabağ" - "Sumqayıt" - 0:0 (Penaltilər - 4:5)
İlk oyun
 - 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

Milli.Az


Etiketlər:  Azərbaycan kubokunda Sumqayıt Keşlə finalı YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ