Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Snapdragon 888 Pro yalnız Çin istehsalı smartfonlarda istifadə oluna bilər

Snapdragon 888 Pro yalnız Çin istehsalı smartfonlarda istifadə oluna bilər

Tarix: 29 Aprel 2021 21:52

İnsayderlərin verdikləri məlumata əsasən Snapdragon 888 prosessorunun Pro versiyası artıq müxtəlif testlərdən keçib və irimiqyaslı istehsal prosesinə keçməyə hazırlaşır. Bununla yanaşı insayderlər bildiriblər ki, Snapdragon 888 Pro prosessoru yalnız Çin istehsalı smartfonlarda quraşdırılacaq. Məlumatda qeyd edilib ki, Qualcomm-un bu yeni prosessoruna sahib smartfonlar bu ilin üçüncü rübündə satışa çıxacaqlar. Snapdragon 888 Pro-nun texniki özəllikləri barəsində məlumat verilməyib. Lakin güman olunur ki, o, adi Snapdragon 888-dən yüksək tezlikdə çalışma özəlliyi ilə fərqlənəcək.

Prosessor 5 nanometrlik texnoloji proses sayəsində istehsal olunacaq və istehsal prosesi Tayvanın TSMC şirkətinin zavodlarında reallaşdırılacaq. Gözləntilərə əsasən adi Snapdragon 888-dən fərqli olaraq Pro versiya həmçinin qızmaya daha az meylli olacaq. Bununla yanaşı insayderlər bildiriblər ki, orta büdcəli smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 700 seriyası bu il artıq yeni prosessor modelini əldə etməyəcək. Beləliklə 2022-ci ilə kimi bu seriyanın ən güclü prosessoru Snapdragon 780G olaraq qalacaq.

Milli.Az


Etiketlər:  Snapdragon 888 Pro yalnız Çin istehsalı smartfonlarda istifadə oluna bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ