Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Günel Həsənlinin intim videolarını yayan şəxs bilindi

Günel Həsənlinin intim videolarını yayan şəxs bilindi

Tarix: 30 Aprel 2021 10:28

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin sosial şəbəkələrdə yayılan intim görüntüləri ilə bağlı cinayət işi başlanılıb.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Milli.Az-a açıqlamasında bildirib ki, fakta görə Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Videoları yayan şəxs müəyyən olunub. Hazırda istintaq getdiyi üçün əlavə məlumat verilmir.

İstintaq başa çatandan sonra nəticələr haqda məlumat veriləcək.

Qeyd edək ki, G.Həsənli özünü Mahir Allahverdiyev kimi təqdim edən şəxsin onu aldadaraq hisslərindən istifadə edərək videoya çəkdiyini bildirib.

Milli.Az


Etiketlər:  Günel Həsənlinin intim videolarını yayan şəxs bilindi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ