Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2019 13:24
Bakı. Trend:
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olmaqda şubhəli bilinən rayon sakini, 37 yaşlı Seymur Quliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş yaş çəkisi 6 kiloqrama yaxın təşkil edən hündürlüyü 26-90 sm olan 95 ədəd çətənə kolları, yaşadığı evdən isə ümumi çəkisi 540 qram olan qurudulmuş marixuana, 5 qram həşiş, həmçinin 27min ABŞ dolları, 1 ədəd ov tüfəngi, 1 ədəd tir tüfəngi, çoxlu sayda patronlar və narkotik maddə hazırlamaq üçün istifadə olunan xüsusi qurğu aşkar edilərək götürülüb.
Dindirilmə zamanı Seymur Quliyev cinayət əməlini etiraf edib.
Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanılıb.Həmin şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin