Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı rejissor: o da Qarabağ savaşında idi

Azərbaycanlı rejissor: o da Qarabağ savaşında idi

Tarix: 30 Aprel 2021 13:38

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu rejissoru Ər-Toğrul Kamalov İkinci Qarabağ müharibəsi zamanı arxa cəbhədə göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Gənclər və İdman komitəsinin sədri Adil Əliyev tərəfindən "Fəxri fərman" ilə mükafatlandırılıb.

Teatrdan Sonxeber.net-a verilən xəbərə görə, gənc rejissor ona göstərilən diqqət üçün millət vəkilinə minnətdarlığını bir daha öz sosial şəbəkə hesabı vasitəsilə də bildirib:

"Milli Məclisin sədr müavini, Gənclər və İdman Komitəsinin sədri dəyərli Adil Əliyevlə görüş bir daha ölkəmizdə vətəninə, millətinə xidmət edən gənclərə verilən qiymətin bariz nümunəsidir. Adil müəllim, çox sağ olun ki, o qədər işin arasında diqqət və zaman ayırıb belə bir görüş təşkil etdiniz. Hər şey üçün təşəkkür edirəm. Vətənim Azərbaycana xidmət edirəm və bu, bizim vətəndaşlıq borcumuzdur. Qürur duyuram".

Kamran Seyfiyev


Etiketlər:  Azərbaycanlı rejissor Qarabağ savaşında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ