Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı polisindən “Dundalk” futbolçuları ilə bağlı – açıqlama

Bakı polisindən “Dundalk” futbolçuları ilə bağlı – açıqlama

Tarix: 31 Iyul 2019 14:44

Bakı Şəhər Baş Polis İdarəsi İrlandiya mətbuatında dərc olunan “Dundalk” oyunçuları ”Qarabağ”la qarşılaşma öncəsi qanunla üz-üzə gəlirlər” (“Dundalk players in Azerbaijan brush with the law ahead of Qarabag clash”) adlı məqaləyə münasibət bildirib.

Qol.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a açıqlamasında deyib ki, məqalədə iddia olunan hallar araşdırılır.

"İrlandiya mətbuatında dərc olunan məqalədən məlumatlıyıq. Müvafiq qorunan yerlər və obyektlər istisna olmaqla, paytaxtın küçə, park, xiyaban və meydanlarında foto-video çəkilişlərlə bağlı məhdudiyyət yoxdur. Polis tərəfindən paytaxtda ictimai asayişin təmin edilməsində qarşıya qoyulan vəzifələr yüksək əzm və peşəkarlıqla həyata keçirilir" – deyə, E.Hacıyev bildirib.

“İrishmirror” saytı bldirib ki, İrlandiya təmsilçisinin iki futbolçusu - Sin Qannon və Ceymi Makqret Dənizkənarı Parkda olarkən, polis müdaxiləsi ilə qarşılaşıblar. Futbolçular komandanın yerləşdiyi otelin qarşısında şəkil çəkdirərkən və İrlandiyadan olan jurnalistlərə müsahibə verərkən, bir neçə polis onlara yaxınlaşaraq, çəkilişə müdaxilə edib.

 


Etiketlər:  Bakı polisindən Dundalk futbolçuları ilə bağlı açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ