Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransiz gimnastı: Bakı tamaşaçılarının dəstəyi çıxışlara hazır olmaqda kömək edir

Fransiz gimnastı: Bakı tamaşaçılarının dəstəyi çıxışlara hazır olmaqda kömək edir

Tarix: 27 Aprel 2019 04:28

Bakı. Cani Babayeva - Trend:

Bakı tamaşaçılarının dəstəyi çıxışlara hazır olmaqda kömək edir.

Bunu Trend-ə Fransız gimnastı Kseniya Mustafayeva bildirib.

"Tamaşaçılar zalda məni elə yaxşı dəstəkləyirlər, sanki mən Azərbaycanı təmsil edirəm və bu, çox xoşdur. Milli Gimnastika Arenasında şərait möhtəşəmdir - hər yerde xalçalar salınıb və istenilən vaxt məşq etmək mümkündür".

K.Mustafayeva qeyd edib ki, tamaşacılar bütün qadın idmançılara eyni seviyyədə azarkeşlik edirlər.

Fransiz gimnastı deyib ki, bu gun o bəzi səhvlərə yol verib.

"Amma bundan sonra çalışmaq lazımdır. Ümid edirəm ki, finala yüksələcəm".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışına start verilib. Üç gün davam edəcək turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.


Etiketlər:  Fransiz gimnastı Bakı tamaşaçılarının dəstəyi çıxışlara hazır olmaqda kömək edir


RƏYLƏR