Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2021 16:38
Şuşadakı tarixi abidələrin qarşısına məlumatlandırıcı lövhələr quraşdırılır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, lövhələrin quraşdırılması işləri Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir.
Lövhələrin qoyulduğu tarixi tikililər sırasında 19-cu əsrə aid xəstəxana binası, 18-ci əsrə məxsus Əsəd bəyin evi, bulaq abidəsi, 19-cu əsrə aid Üzeyir Hacıbəyovun ev muzeyi, 18-ci əsrə məxsus Xurşidbanu Natəvanın evi, 18-ci əsrə aid Aşağı Gövhər Ağa Məscidi də var.
Bundan başqa, Şuşada yerləşən Şəhidlər Xiyabanının girişinə də lövhə quraşdırılıb.