Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2021 20:42
"Formula 1" çempionatının növbəti mərhələsi Portuqaliyada baş tutub.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, "Alqarve" avtodromunda baş tutan sayca üçüncü mərhələnin qalibi "Mercedes" pilotu Luis Hamilton olub.
Yarışmada ikinci pilləni "Red Bull" komandasından Maks Ferstappen tutub. Finişə üçüncü çatan isə onun komanda yoldaşı Valtteri Bottas olub.
Qeyd edək ki, hazırda hesabında 69 xal olan Hamilton yarış cədvəlinə başçılıq edir. Trasın ötənilki qalibi də məhz o olub.