Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2019 16:56
FİFA 2018/19 mövsümünün ən yaxşı məşqçisi adına namizədləri açıqlayıb.
Qol.az-ın məlumatına görə, bu haqda qurumun saytı məlumat yayıb. On nəfərlik siyahıda aşağıda adları qeyd olunan mütəxəssislər yer alıb:
Camel Belmadi (Əlcəzair millisi), Didye Deşam (Fransa), Marselo Qalyardo («River Pleyt»), Rikardo Qareka (Peru), Xosep Qvardiola («Mançester Siti»), Yurgen Klopp («Liverpul»), Maurisio Poçettino («Tottenhem»), Fernandu Santuş (Portuqaliya), Erik ten Haq («Ayaks»), Tite (Braziliya).
İlin məşqçisini azarkeşlər FİFA-nın saytındakı sorğu əsasında müəyyənləşdirəcək. Qalibin adı 23 sentyabrda, Milanda keçiriləcək tədbirdə açıqlanacaq.