Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2021 12:16
Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Artsrun Ovannisyan hazırda ABŞ-dadır.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Politik.am" saytı yayıb. Onun ABŞ-da zəngin həyat yaşadığı bildirilib.
Sayt Ovannisyana ABŞ-da mənzil alındığını yazıb.
Müharibədən sonra Ermənistanda qalacağı vədini verən keçmiş mətbuat katibinin ABŞ-a getməsinə Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın şərait yaratdığı vurğulanıb.