Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2021 12:20
30 ilə yaxın işğal altında qalan ərazilərimizin düşməndən azad edilməsi ilə bir sıra infrastruktur layihələrinin icrasına start verilib. Belə layihələrdən biri də Bərdə-Ağdam dəmiryolu xəttinin yenidən qurulmasıdır. Hazırda dəmiryolunda tikinti işləri sürətlə davam edir.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, ümumi uzunluğu 50 kilometr olan dəmir yolu xətti 2 mərhələdə çəkiləcək. Hazırda dəmiryolu xəttinin 1-ci mərhələsi üzrə uzunluğu 21 kilomter olan Bərdə - Köçərli - Təzəkənd hissəsində tikinti işləri aparılır.
2-ci mərhələdə isə dəmiryolunun uzunluğu 29 kilometr olan Təzəkənd - Ağdam hissəsi inşa ediləcək. Hazırda bu hissənin minalardan təmizlənməsi və layihələndirmə işləri aparılır.
İqtisad elmləri doktoru Fuad İbrahimov deyir ki, Bərdə - Ağdam dəmiryolunun tikintisi işğaldan azad edilmiş ərazilərin bərpasını sürətləndirəcək. Onun sözlərinə görə, təbii sərvətlərlə zəngin olan Qarabağda sənaye infrastrukturu qurulduqdan sonra istehsal ediləcək məhsulların yerli və xarici bazarlara çıxarılması sözügedən dəmiryolu sayəsində asanlaşacaq.
İşlərin qısa müddətdə yekunlaşdırılması nəzərdə tutulub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: