Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2021 17:44
Mayın 2-dən 4-dək Gürcüstanda 785 nəfər spirtli içkidən zəhərlənərək təcili tibbi yardıma müraciət edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın İctimai kanalına ölkənin Fövqəladə Halların Koordinasiyası və Təcili Yardım Mərkəzindən məlumat verilib.
Bildirilib ki, spirtli içkilərdən zəhərlənən şəxslərdən 658 nəfəri xəstəxanaya yerləşdirilib. Eyni müddətdə 411 nəfər qida zəhərlənməsi ilə təcili tibbi yardım çağırışı edib. Onlardan 194 nəfəri xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, sözügedən dövrdə Gürcüstanda Pasxa bayramı qeyd edilib.