Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2019 23:16
"Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-lə qarşılaşacaq.
Qol.az-ın məlumatına görə, Ağdam klubu Kipr təmsilçisi ilə ilk oyununu 6 və ya 7 avqustda səfərdə keçirəcək. Qurban Qurbanovun komandası avqustun 13-ü isə Bakıda APOEL-i qəbul edəcək.
Qeyd edək ki, "Qarabağ" "Dundalk" (1:1, 3:0), APOEL isə "Sutyeska" (1:0, 3:0) səddini keçərək növbəti mərhələyə yüksəlib.