Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Serialda rol almaq istəyən qadın rejissor tərəfindən zorlandı - 19 il həbs tələbi

Serialda rol almaq istəyən qadın rejissor tərəfindən zorlandı - 19 il həbs tələbi

Tarix: 5 May 2021 13:14

Televiziya serialında çəkilmək üçün gələn gənc qız təcavüzə məruz qalıb.

Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, şübhəliyə qarşı 19,5 ilə qədər həbs cəzası tələbi ilə iddia qaldırılıb.

Sabah qəzetindən Atakan Irmakın xəbərinə görə, Fetanet Ö. aktyor olmaq üçün quruma müraciət edib. Gənc qız axtaran rejissor İbrahim Y. onu Netflix serialı "Aşk 101"də oynaya biləcəyini söyləyib. Lakin qız çəkiliş meydançasına gecikdiyindən layihədə iştirak edə bilməyib.

Ancaq İbrahim Y. başqa bir serial çəkiləcəyi vədi ilə evinə dəvət etdiyi gənc qadına təcavüz edib. Gənc qadının şikayətindən sonra aparılan istintaq çərçivəsində onun paltarındakı sperma nümunələri İbrahim Y. ilə uyğunlaşdırılıb.

Cəza Məhkəməsinin hakimi tərəfindən tutularaq həbsxanaya göndərilən şübhəlinin 19,5 illik həbsi tələb olunur.

Kamran Seyidov


Etiketlər:  Serialda almaq istəyən qadın rejissor tərəfindən zorlandı həbs tələbi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ