Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səudiyyə Ərəbistanı qara daşın əvvəllər görünməmiş fotoşəkillərini yayıb

Səudiyyə Ərəbistanı qara daşın əvvəllər görünməmiş fotoşəkillərini yayıb

Tarix: 5 May 2021 20:26

Səudiyyə Ərəbistanının rəsmiləri Məkkədəki Harami Şərif məscidinin tviter səhifəsində Kəbədəki Həcərül Əsvadın (qara daş) əvvəllər görünməmiş fotoşəkillərini yayıblar.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, İki Müqəddəs Məscid üzrə Baş Departamentin yaydığı fotoşəkillərdə qara daşın yeni panorama fokusu ilə yaxından görüntüsü əks olunub. Ümumilikdə 49 min meqapiksel olan bu şəkillərin yüksək keyfiyyətlə çəkilməsi və qara daşın hissələrinin vahid foto halına gətirilməsinə 7 saat vaxt sərf edilib.

Müsəlmanlar qara daşın Cəbrayıl tərəfindən İbrahim Peyğəmbərə göydən endirildiyinə inanırlar. 605-ci ildə Məhəmməd Peyğəmbər Həcərül Əsvadın Kəbənin divarında yerləşdirilməsində iştirak edib. 1626-cı ildə sel nəticəsində 15 parçaya bölünən qara daş sement məhlulu ilə birləşdirilib və gümüş çərçivəyə salınıb.


Etiketlər:  Səudiyyə Ərəbistanı qara daşın əvvəllər görünməmiş fotoşəkillərini yayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ